“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Üzeyir Hacıbəyli-140"

21/05/2026, 10:15
xeber1

Azərbaycan Respublikası Prezitentinin müvafiq sərəncamına əsasən Şəki şəhər 18 nömrəli tam orta ümumtəhsil məktəbinin təşkilatçılığı və Şəki rayonu üzrə təhsil sektoru, ETİHİ Şəki Şəhər Komitəsi,Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə dəstəyi ilə Şəki şəhər Səməd Vurğun adına Folklor Evində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr edilmiş “Millətin səsi” adlı ümumrayon tədbiri keçirilib.


Tədbirdə ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki rayonu üzrə Təhsil Sektorunun müdiri Zamik Cəbiyev,şəhid anası Rəmziyyə Nadirova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin sabiq baş məsləhətçisi Elxan Abdullayev, M.F.Axundov adına Mədəniyyət Mərkəzinin müdiri Ağali Cəlilov, məktəbin direktoru Məmməd Mahmudov, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Şəki şəhər 18 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin dahi bəstəkara həsr etdiyi sərgiyə baxış keçirilib.Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub

Tədbirdə çıxış edənlər Ziyafət Xasiyeva,Zamik Cəbiyev,Rəmziyyə Nadirova,Elxan Abdullayev,Məmməd Mahmudov, dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin yaradıcılığından, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən, milli-mənəvi dəyərlərimizin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında oynadığı mühüm roldan danışıblar. Bildirilib ki, onun irsi Azərbaycan xalqının milli kimliyinin və mədəniyyətinin ayrılmaz hissəsidir.


Tədbir Şəki şəhər 18 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin hazırladıqları, Üzeyir Hacıbəylinin musiqi əsərləri əsasında qurulan ədəbi-bədii kompozisiyalar,musiqi və rəqs nömrələri ilə davam edib

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: