“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında yüksək reytinq göstəriciləri əldə etmiş 8 müəllim mükafatlandırıldı.

14/10/2026, 17:49
xeber1

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fəaliyyətində, musiqi mədəniyyətimizin inkişafında və yüksək ixtisaslı kadrların yetişdirilməsində böyük əmək sərf edən pedaqoji heyətin stimulllaşdırılması məqsədilə növbəti mükafatlandırılma reallaşıb. Tədbirdə Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva çıxış edərək yüksək reytinq göstəriciləri əldə etmiş müəllimlərin Akademiyanın nüfuzunun artırılmasındakı və tələbələrin peşəkar inkişafındakı müstəsna xidmətlərini vurqulamışdır.O, pedaqoji fəaliyyəti və yaradıcılıq uğurları ilə seçilən müəllimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

       Çıxış ardından reytinq cədvəlində fərqələnən müəllimlər Bakı Musiqi Akademiyası Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri Fərman və pul mükafatı ilə təltif olunmuşdular. Musiqi sənətimizin tərəqqisinə töhfə verən hər bir müəllimi ürəkdən təbrik edir və yeni yaradıcılıq nailiyyətləri arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: