Xəbərlər
Uzun illər erməni təxribatlarına və atəş təhlükəsinə məruz qalmış Köhnəqışlaq kənd tam orta məktəbində olduq.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi olaraq Ağstafa rayonunun ən ucqar sərhəd kəndlərindən biri, uzun illər erməni təxribatlarına və atəş təhlükəsinə məruz qalmış Köhnəqışlaq kənd tam orta məktəbində olduq.
Məktəbin kollektivi ilə keçirilən səmimi görüş zamanı onların yüksək əhval-ruhiyyədə, böyük qürur və inam hissi ilə fəaliyyət göstərdiklərinin şahidi olduq. Müəllimlər qeyd etdilər ki, bir vaxtlar bu məktəbdə dərs demək böyük risk və məsuliyyət tələb edirdi. Hər an düşmən atəşi təhlükəsi altında olmalarına baxmayaraq, onlar öz müqəddəs peşələrinə sadiq qalaraq tədris prosesini dayandırmamış, şagirdlərin təhsil alması üçün bütün çətinliklərə sinə gərmişlər.
Bu gün isə artıq təhlükəsiz və sabit şəraitdə fəaliyyət göstərmələri onların sevinc və məmnunluq hissini daha da artırır. Görüş zamanı məktəb kollektivi ölkə Prezidenti cənab İlham Əliyevə ölkəmizdə yaradılmış möhkəm sabitliyə, firavan həyata və Zəfərlə bütövlüyünü təmin etmiş Azərbaycanın vətəndaşları kimi qürur hissi yaşadıqlarına görə dərin minnətdarlıqlarını ifadə etdilər.
Qeyd olundu ki, bu gün onlar artıq heç bir qorxu və təhlükə hiss etmədən, tam əmin-amanlıq şəraitində öz pedaqoji fəaliyyətlərini davam etdirirlər. Bu isə müəllimlərin daha böyük ruh yüksəkliyi ilə çalışmasına, gələcəyimiz olan şagirdlərin daha sağlam və təhlükəsiz mühitdə təhsil almasına geniş imkanlar yaradır.
Elm və Təhsil işçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin rəhbərliyinə göstərilən diqqət və qayğıya görə dərin təşəkkürünü bildirdi.Köhnəqışlaq məktəbinin kollektivi bir daha sübut edir ki, müəllim peşəsi fədakarlıq, vətənpərvərlik və yüksək mənəvi dəyərlər üzərində qurulmuş müqəddəs bir missiyadır.





