“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Uzun illər pedaqoji fəaliyyət göstərmiş 65 illik yubilyarlar

10/06/2026, 00:28
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Qaçaq Kərəm kənd tam orta məktəbində uzun illər pedaqoji fəaliyyət göstərmiş, kollektivin hörmət və rəğbətini qazanmış müəllimlər Təranə Əkbərova, Kəmalə Həsənovanın 65 illik yubileyləri münasibətilə kollektiv tərəfindən təşkil olunmuş tədbirdə iştirak etdik.Yubiley tədbiri səmimi və xoş ab-hava şəraitində keçirildi. Tədbirdə çıxış edənlər yubilyarların təhsil sahəsindəki çoxillik fəaliyyətlərindən, gənc nəslin təlim-tərbiyəsində göstərdikləri xidmətlərdən, peşəkarlıqlarından və insanpərvər keyfiyyətlərindən geniş bəhs etdilər. Qeyd olundu ki, Təranə Əkbərova və Kəmalə Həsənova illər boyu öz zəhmətləri, biliyi və müəllim adına layiq fəaliyyətləri ilə yüzlərlə şagirdin həyat yolunun formalaşmasına töhfə vermiş, həmkarları arasında böyük hörmət qazanmışlar. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi adından yubilyarları 65 illik yubileyləri münasibətilə səmimi qəlbdən təbrik etdik, onlara göstərdikləri nümunəvi fəaliyyətə görə təşəkkürümüzü bildirdik. Vurğuladıq ki, müəllimlik peşəsi ən müqəddəs və şərəfli peşələrdən biridir və bu peşəyə ömürlərini həsr etmiş insanların əməyi hər zaman yüksək qiymətləndirilməlidir. Yubilyarlara möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, firavan və xoş günlər arzuladıq, onların qazandıqları hörmət, sevgi və nüfuz daim davam etsin, həyatlarının bundan sonrakı dövrü də sevinc, xoşbəxtlik və uğurlarla zəngin olsun. Belə dəyərli pedaqoqların yubileylərinin qeyd olunması həm onların əməyinə verilən qiymətin göstəricisi, həm də gənc nəslə müəllim peşəsinin ucalığını və dəyərini aşılayan gözəl nümunədir.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: