Xəbərlər
Uzun illər təhsilə xidmət edən müəllimə ehtiram ziyarəti

Bu gün uzun illər məktəbdə şərəflə və böyük fədakarlıqla çalışmış, ömrünü şagirdlərin təlim-tərbiyəsinə həsr etmiş, Astara rayonu Əzizağa Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbinin müəllimi, məktəbin ilk həmkarlar təşkilatının sədri və müəyyən müddət məktəb direktoru vəzifəsində də çalışmış Abdullayev Zeynal Ağababa oğlunu ziyarət etdik. Səhhəti ilə əlaqədar əmək fəaliyyətini dayandırsa da, onun yetişdirdiyi yüzlərlə şagird bu gün cəmiyyətimizin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Bu isə müəllim əməyinin ən gözəl bəhrəsi və ən böyük qazancıdır. Zeynal müəllimə möhkəm cansağlığı, səbir və tezliklə sağlamlığına qovuşmasını arzulayırıq. Müəllim adı hər zaman uca, müəllim əməyinə hörmət isə daimidir.




