Xəbərlər
Uzunillik pedaqoji fəaliyyətə görə müəllimlər təltif olunublar.
Bərdə rayonu Habil Məmmədov adına Böyük Göyüşlü kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri Cəbrayılova Kəmalə Dilən qızı və Xıdırova Elmura Novruz qızı 65 illik yubileyləri münasibətilə təltif ediliblər.
Belə ki, təhsil sahəsində uzunillik səmərəli fəaliyyətləri, gənc nəslin təlim-tərbiyəsində göstərdikləri xidmətlər və məktəbin ictimai həyatında fəal iştiraklarına görə hər iki müəllim Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Təltifetmə mərasimində çıxış edənlər yubilyar müəllimlərin pedaqoji fəaliyyətini yüksək qiymətləndirərək onlara gələcək həyatlarında möhkəm cansağlığı, ailə səadəti və yeni uğurlar arzulayıblar.
Sonda yubilyarlara fəxri fərman və hədiyyələr təqdim olunaraq xatirə şəkilləri çəkdirilib.



