“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Uzunillik pedoqoji fəaliyyət yüksək qiymətləndirildi.

10/06/2026, 14:54
xeber1

ETİHİ Göyçay Rayon Komitəsinin nümayəndələrinin iştirakı ilə Göyçay rayon Elman Əzizov adına 2 saylı tam orta ümumtəhsil məktəbində müəllim Cavadov Kəmalə Əsgər qızının və Daşdəmirova Əminə Xalid qızının yubileyi münasibətilə tədbir keçirilib.


Tədbirdə çıxış edənlər yubilyarların uzunillik əmək fəaliyyətindən, təhsil müəssisəsində göstərdikləri səmərəli xidmətlərdən və kollektiv arasında qazandıqları hörmətdən bəhs ediblər. Bildirilib ki, onların məktəbin fəaliyyətində və sağlam iş mühitinin formalaşmasında əməyi böyükdür.


Tədbir zamanı yubilyarlara xoş arzular çatdırılıb, təhsil sahəsindəki fəaliyyətləri yüksək qiymətləndirilib. ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən onlara təşəkkürnamə və mükafat təqdim olunub.


Sonda yubilyarlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: