“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Uzunillik səmərəli fəaliyyət yüksək qiymətləndirildi

07/08/2026, 11:57
xeber1

Astara rayonu üzrə Mərkəzləşdirilmiş Mühasibatlığın mühasibi Qurbanova Aygün Əkrəm qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov çıxış edərək Qurbanova Aygün Əkrəm qızının uzunillik səmərəli əmək fəaliyyətindən, təhsil sahəsində maliyyə-mühasibat uçotunun düzgün təşkili, maliyyə intizamının təmin olunması və üzərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirməsi ilə qazandığı nüfuzdan bəhs etmişlər.

Çıxış edənlər yubilyarı 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xoş günlər və bundan sonrakı fəaliyyətində uğurlar arzulamışlar.

Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Qurbanova Aygün Əkrəm qızına təhsil sahəsində uzunillik səmərəli fəaliyyəti və 65 illik yubileyi münasibətilə xatirə hədiyyəsi təqdim olunmuşdur.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: