Xəbərlər
Uzunillik təhsil işçisinin yubileyi qeyd olunub

Göyçay şəhəri Eldar Zeynalov adına 1 nömrəli uşaq bağçasının əməkdaşı Səfərova Fəqanə Həsən qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin nümayəndələri yubilyarı təbrik edərək ona gələcək həyatında möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayıblar.
Qeyd olunub ki, Fəqanə Səfərova uzun illər ərzində təhsil sahəsində səmərəli fəaliyyəti, kollektiv daxilində qazandığı hörmət və gənc nəslin formalaşmasında göstərdiyi xidmətlərlə seçilib.
Yubiley münasibətilə ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən Fəqanə Səfərovaya mükafat və təşəkkürnamə təqdim olunub.
ETİHİ Göyçay Rayon Komitəsi yubilyara uzun ömür, möhkəm sağlamlıq və ailə səadəti arzulayır.




