“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Üzv Təşkilatlarla növbəti görüş

17/11/2025, 21:59
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva tərəfindən rayonun ucqar yaşayış məntəqələrində yerləşən üzv təşkilatlarla növbəti görüş keçirilmişdir. Görüşün əsas məqsədi həmkarlar təşkilatlarının fəaliyyəti ilə yerində tanış olmaq, təhsil işçilərinin mövcud vəziyyətini qiymətləndirmək, onların qarşılaşdıqları çətinlikləri, təklif və ehtiyaclarını birbaşa dinləmək olmuşdur.

Səfər çərçivəsində Məmməd Məmmədov adına Sadıxlı kənd tam orta məktəbinin və Füzuli Kərimov adına Muğanlı kənd tam orta məktəbinin kollektivləri ilə geniş tərkibdə müzakirələr aparılmış, təhsil işçilərinin sosial müdafiəsi, əmək mühitinin yaxşılaşdırılması, həmçinin komitə tərəfindən həyata keçirilən layihə və proqramlar haqqında ətraflı məlumat verilmişdir. Həmkarlarımızın qaldırdığı məsələlər diqqətlə dinlənilmiş, qarşıdakı dövrdə icrası nəzərdə tutulan planlar, yeni təşəbbüslər və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılmışdır.

Görüşlər səmərəli və məhsuldar mühitdə keçmiş, təhsil işçilərinin yüksək peşəkarlığı, məsuliyyəti və həmkarlar təşkilatına olan inamı xüsusi vurğulanmışdır. Məktəblərin kollektivləri ilə baş tutan bu görüş hər bir üzvümüz üçün mühüm əhəmiyyət daşıyaraq qarşılıqlı məmnunluqla yekunlaşmışdır.




Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: