Xəbərlər
Üzvlərlə görüş

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin üzv təşkilatlarından olan Sirac Əliyev adına Qırlı kənd tam orta məktəbində məktəb kollektivi ilə görüş keçirilmişdir. Böyük kollektivi olan məktəbin müəllim və əməkdaşlarının iştirakı ilə baş tutan görüşdə həmkarlar ittifaqının fəaliyyəti, son dövrlərdə həyata keçirilən yeniliklər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilmişdir.
Görüş zamanı kollektiv üzvlərini maraqlandıran sosial, əmək və hüquqi məsələlərlə bağlı suallar cavablandırılmış, səsləndirilən təklif və müraciətlər diqqətlə dinlənilmişdir. Təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, əmək şəraitinin yaxşılaşdırılması və həmkarlar ittifaqının üzvlərlə daha sıx əməkdaşlığı mövzularında geniş fikir mübadiləsi aparılmışdır.
Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüş iştirakçılar tərəfindən razılıqla qarşılanmış, kollektiv göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.





