Xəbərlər
Üzvlərlə görüş məmnunluq yaradır.

Qaçaq Kərəm və İsrafil ağa yurdu kimi tanınan ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Qıraq Kəsəmən kənd orta məktəbinin kollektivi ilə görüş keçirildi.
Görüş zamanı kollektiv tərəfindən səsləndirilən suallar diqqətlə dinlənildi, həmkarları maraqlandıran məsələlər ətraflı şəkildə cavablandırıldı və qarşılıqlı fikir mübadiləsi aparıldı.Vurğulandı ki, bu inkişaf və fəallıq ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi davamlı diqqət və qayğının bariz təzahürüdür. Kollektiv eyni zamanda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Pashayev ə dərin minnətdarlıq və təşəkkürlərini bildirdi. Qeyd olundu ki, Həmkarlar İttifaqının fəaliyyəti artıq bir ildir gözəçarpacaq dərəcədə hiss olunur, üzvlərə göstərilən diqqət və qayğı təhsil işçiləri tərəfindən yüksək qiymətləndirilir.






