Xəbərlər
Vahid Qəhrəmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə tədbir keçirilib.

Tədbir çərçivəsində məktəbin həmkarlar ittifaqı üzvləri bir araya gələrək səmimi ünsiyyət mühitində vaxt keçiriblər. Görüş zamanı kollektivin birliyi, qarşılıqlı əməkdaşlıq və həmrəylik münasibətlərinin daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə həmçinin tədris ili ərzində 65 yaşı tamam olan müəllimlər təbrik olunub, onların uzunillik səmərəli pedaqoji fəaliyyətləri və təhsilin inkişafına verdikləri töhfələr yüksək qiymətləndirilib. Yubilyarlara xoş arzular çatdırılıb və hədiyyələr təqdim edilib.
Məktəb kollektivi ölkəmizdə təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına (ETİHİ) dərin minnətdarlığını bildirib. Qeyd olunub ki, bu cür tədbirlər həmkarlar arasında birlik və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir.






