Xəbərlər
İvanovka kənd tam orta ümumtəhsil məktəbin direktoru Soltanov Əfqan Musa oğlunun 60 illik yubiley tədbiri keçirildi
Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İvanovka kənd tam orta ümumtəhsil məktəbində məktəbin direktoru Soltanov Əfqan Musa oğlunun 60 illik yublley tədbiri keçirildi. Tədbirdə DŞRTİ İsmayıllı Rayon Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov və kollektiv üzvləri iştirak etdilər. Ümummilli Lider Heydər Əliyevin adını daşıyan və respublikada tolereant məktəb kimi tanınan bu məktəbdə ruslar, azərbaycanlılar, ləzgilər və hapıt xalqlarının uşaqları təhsil alır və nümayəndələri kollektivdə işıəyirlər. Qonaqların və kollektiv üzvlərinin yubilyarı rus, azərbaycan, ləzgi, hapıt və ingilis dilində təbriki tədbirə xüsusi rəng qatdı. 6 ildən çox məktəbə rəhbərlik edən Əfqan müəllim həmişə işinə məsuliyyətlə yanaşmış, tədrisin keyfiyyətini yaxşılaşdırmış, Rusiya və Azərbaycan ali məktəblərinə məzunlarının qəbul səviyyəsinin artırılmasına nail olmuşdur. Məktəb Heydər Əliyev Fondu tərəfindən yenidən əsaslı təmir olunmuş, yeni tədris ilinə işə başlanılması nəzərdə tutulmuşdur. Tədbirdə Yubılyar uzun illər təhsildə səmərəli pedaqoji fəailiyyətinə və yubiley yaşının tamam olması münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin fəxri fərmanı və quymətli hədiyyəsi ilə mükafatlandırılmışdır.
Rayonun təhsil ictimaiyyəti adından Əfqan Soltanovu yubıley yaşının tamam olması münasibətilə təbrik edir, ona möhkəm sağlamlıq və şərəfli işində uğurlar arzulayırıq.



