“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Vələsli kənd məktəbinin müəllimləri Qusarın “Balaton Piknik” istirahət mərkəzində dincəliblər

23/06/2026, 17:51
xeber1

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 20 iyun 2026-cı il tarixində Şabran rayon Aqil Qasımov adına Vələsli kənd ümumi orta ümumtəhsil məktəbinin bir qrup ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili üçün Qusar rayonunun Balaton Piknik istirahət mərkəzinə ekskursiya təşkil olunmuşdur.

Qusarın füsunkar və səfalı təbiəti qoynunda baş tutan gəzinti zamanı təhsil işçiləri kollektiv şəkildə maraqlı vaxt keçirib, iş rejimindən uzaqlaşaraq xoş təəssüratlarla dincəliblər. İttifaq üzvləri asudə vaxtlarının bu cür rəngarəng təşkilinə və yaradılan yüksək şəraitə görə ETİHİ Respublika Komitəsinə dərin təşəkkürlərini bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: