“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Vəliyev Nazim Tapdıqoğlunun İttifaq Şəhid Familə həsr etdiyi kitabın təqdimatı oldu

16/04/2026, 14:41
xeber1

Bu gün bizim üçün həm mənalı, həm də duyğulu bir görüş baş tutdu. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsinin qonağı olan dəyərli alim tərəfindən ittifaq üzvümüz Elman müəllimə onun qəhrəman oğlu – şəhidimiz Familə həsr olunmuş kitab hədiyyə olundu.

Təqdim olunan kitabın üz qabığında müəllifin həyat yolu və elmi fəaliyyəti əks olunmaqla yanaşı, belə dəyərli insanların şəhidlərimizin xatirəsinə verdiyi qiymət bir daha hiss olunur. Bu əsər yalnız bir kitab deyil, həm də bir ömrün, bir qəhrəmanlığın, Vətən sevgisinin yazıya köçürülmüş ifadəsidir.

Belə görüşlər və hədiyyələr şəhidlərimizin əziz xatirəsinin daim yaşadıldığını göstərir və gələcək nəsillər üçün böyük bir örnəkdir.

Elman müəllimə səbir və dözüm arzulayırıq. Şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq!

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: