“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Vətən əmanətdir” adlı tədbir keçirilmişdir.

12/03/2026, 10:15
xeber1

Bu gün Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə vətənpərvərlik mövzusunda “Vətən əmanətdir” adlı tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi gənclər arasında vətənə sevgi, dövlətçilik ənənələrinə bağlılıq, milli-mənəvi dəyərlərə hörmət və vətəndaşlıq məsuliyyətinin daha da gücləndirilməsi olmuşdur.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbər heyəti, Azərbaycan Texniki Universitetinin nümayəndələri, UNEC nəzdində Qida Sənayesi Kollecinin rəhbərliyi, Bakı Texniki Kollecinin nümayəndələri və BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecinin rəhbər heyəti iştirak etmişdir.

Tədbiri giriş sözü ilə kollecin tərbiyə işləri üzrə direktor müavini Şahmurad Məmmədov açaraq qonaqları salamlamış, tədbirin əhəmiyyətindən bəhs etmişdir. O, çıxışında qeyd etmişdir ki, vətənpərvərlik yalnız sözlə deyil, əməl və məsuliyyətlə ölçülür və gənc nəslin milli ruhda tərbiyəsi təhsil müəssisələrinin əsas prioritetlərindəndir.

Daha sonra söz ETİHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadəyə verilmişdir. Çıxış edən qonaqlar vətənə sədaqətin, dövlətə bağlılığın və həmrəyliyin bu gün hər zamankından daha vacib olduğunu vurğulamış, belə tədbirlərin gənclərin formalaşmasında mühüm rol oynadığını bildirmişlər.

Tədbirin bədii hissəsi xüsusi maraqla qarşılanmışdır. Tələbələr tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmiş, mahnılar ifa olunmuş, eləcə də vətənə sevgi və qəhrəmanlıq ruhunu əks etdirən kiçik səhnəcik nümayiş etdirilmişdir. İştirakçılar tərəfindən alqışlarla qarşılanan çıxışlar tədbirə xüsusi rəng qatmışdır.

Sonda qeyd olunmuşdur ki, “Vətən əmanətdir” adlı tədbir gənclərin milli şüurunun formalaşdırılması, dövlətçilik dəyərlərinə sədaqət ruhunda yetişdirilməsi istiqamətində mühüm əhəmiyyət daşıyır və bu kimi layihələr gələcəkdə də davam etdiriləcəkdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: