Xəbərlər
"Vətən Müharibəsi Qəhrəmanı" Sübhan Cəbrayılovun xatirəsiə həsr olunmuş tədbir keçirilib.

"27 Sentyabr -Anım Günü"nün 5-ci ildönümü münasibətilə Salyan şəhəri N.Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində tarix müəllimi- "Əməkdar müəllim" Sehranə Rzayevanın təşkilatçılığı ilə "Sizi heç vaxt unutmarıq, Vətən oğulları!" adlı tədbir keçirilib.
Tədbirdə "Vətən Müharibəsi Qəhrəmanı"- şəhid Sübhan Cəbrayılovun anası Ləzifə xanım, bacısı Kəmalə xanım, şəhid Cəlil Cəfərovun anası və qardaşları, həmçinin Salyan rayon icra hakimiyyətinin nümayəndəsi Sevinc Səmədova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova, məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayib, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
44 günlük Vətən müharibəsində misilsiz cəsarət və qəhrəmanlıq göstərərək 30 il işğal altında qalan ərazilərimizi düşmən tapdağı altından azad edən oğullarımızın keçdiyi şərəfli döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib, Sehranə Rzayeva və məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günel Orucova II Qarabağ savaşını tarixi, siyasi, iqtisadi və hərbi baxımdan dəyərləndirərək tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra söz "Şir" ləqəbli şəhidimiz Sübhan Cəbrayılovun anası Ləzifə xanıma verilmişdir. O, oğlunun keçdiyi qəhrəmanlıq yolundan qürurla söhbət açaraq, bizə əmanət verilmiş Vətən torpağını göz bəbəyi kimi qorumağı gələcək nəsillərə tövsiyə etmişdir.
Tədbirdə iştirak edən digər qonaqlar da çıxış edərək, xalqımızın şərəfli tarixini daim yaşatmaq üçün keçirilən tədbirlərin əhəmiyyətli olduğunu vurğulamışlar.
Tədbirin sonunda şagirdlərin ifasında şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilmiş, xatirə şəkilləri çəkilmişdir.












