“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Vətən müharibəsi Qəhrəmanı Camal İsmayılovun ailəsi ilə görüş keçirilib

10/04/2026, 09:49
xeber1

ETİHİ Neftçala rayon Komitəsi şəhid bacısı olan ittifaq üzvü -1 nömrəli tam orta məktəbin rus dili və ədəbiyyatı müəllimi Xəyalə İsmayılovanın ailəsi ilə görüş keçirib.

Görüş zamanı ailə ilə səmimi söhbət aparılıb, onların gündəlik qayğıları və problemləri ilə yaxından maraqlanılıb.

Eyni zamanda görüşdə Vətən müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə ana göstərilən diqqət və qayğıya görə ETİHİ ailəsinə təşəkkürünü bildirib.

Söhbət zamanı məlum olub ki, Xəyalə müəllimin 17 yaşlı qızı Emilya Ağamalıyeva illərdir epilepsiya xəstəliyindən əziyyət çəkir və səhhəti ilə əlaqədar olaraq təhsilinə diqqət ayıra bilmir.

Allahdan Emilya balamıza şəfa, ailəsinə isə səbir diləyirik!

Gallery Image

Sosial şəbəkələrdə paylaş: