Xəbərlər
Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimli doğum günündə yad olunub

Martın 4-də şəhidin doğum günü münasibətilə məzarı ziyarət olunub,üzərinə gül dəstələri düzülüb.
Doğum günündə Şəhidin xatirəsinə həsr olunmuş “Bu dağların Naili” kitabının təqdimatı keçirilib.
Tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Təqdimat mərasimində Oğuz RİH başçısı Cavid Əbdul-Qədirov,şəhid ailələri,YAP Oğuz Rayon təşkilatının sədri Saleh Məhərrəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova,ETİHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov,hüquq-mühafizə orqanları,idarə və müəssisə rəhbərləri və başqa qonaqlar iştirak etmişdir.
Kitabın təqdimatında Nail İbrahimlinin həyat və döyüş yolu, xatirələri yer alıb.
Tədbirdə çıxış edən natiqlər, qəhrəmanın göstərdiyi şücaətdən,onun gənc nəslə örnək olacaq həyat yolundan geniş bəhs ediblər.
Tədbirin sonunda şəhidin valideynləri atası İbrahimov Nəriman Möhlüd oğlu, anası İbrahimova Aqibət Hümmət qızı çıxış edərək təşəkkürlərini bildiriblər.
Allah şəhidimizə rəhmət eləsin!












