Xəbərlər
Vətən Müharibəsi Qəhrəmanı tələbələrlə yay düşərgəsində görüşdü

Bu gün “Tələbələrin yay düşərgəsi” çərçivəsində gənclərimiz “Təhsil” istirahət mərkəzində Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovla görüşüblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşü giriş sözü ilə açan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Mədəni, kütləvi və idman işləri şöbəsinin müdiri Elnur Sadıqov bu cür görüşlərin gənclərin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Daha sonra tələbələr “Şuşa, sən azadsan” filmini qəhrəmanımız Zaur Hüseynov və filmin rejissoru Cavidan Şərifovla birgə izləyiblər.
Sonra tələbələr Zaur Hüseynova Vətən Müharibəsi ilə bağlı suallar ünvanlayıblar və onun döyüş yolunu birbaşa öz dilindən dinləmək fürsəti qazanıblar.






