Xəbərlər
Vətən müharibəsi şəhidi Cabarzadə Cavidin Qorxmaz oğlunun xatirəsi yad edilib

Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Cabarzadə Cavidin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının nümayəndələri və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Suraxanı Rayon Komitəsinin əməkdaşları iştirak ediblər.
Həmkarımız olan şəhidin anası Cabarova Almaz Nizami qızına mənəvi dəstək göstərmək və qəhrəman övladının əziz xatirəsini yad etmək məqsədilə çalışdığı Suraxanı rayonunda yerləşən 330 saylı bağçanın kollektivi tədbirdə iştirak edib.
Tədbirdə iştirak edən şəhid Cavid Cabarzadənin döyüş yoldaşları onun Vətən qarşısındakı xidmətlərindən və döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan bəhs ediblər.
Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün örnək olacaq.






