“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Vətən müharibəsi Şəhidi Muxtarov Taleh Həşim oğlunun ailəsi ziyarət olunub.

20/02/2026, 18:57
xeber1

ETİHİ Kəlbəcər Rayon komitəsinin müdiri Şəlalə Məmmədova, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, DİİXİ. Hİ RK sədri Əli Bağırov Mingəçevir şəhərində şəhid Muxtarov Taleh Həşim oğlunun ailəsini ziyarət edib. 


Vətən torpaqlarının azadlığı uğrunda canından keçən qəhrəman şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad etdik. Onun göstərdiyi şücaət, Vətənə olan sonsuz sevgisi hər birimiz üçün örnəkdir. Bu torpaqlarda əmin-amanlıqla yaşamağımız şəhidlərimizin qanı və canı bahasına qazanılmış müqəddəs zəfərin nəticəsidir.


Bu gün həm də şəhidimizin qızı Muxtarov Səbinə Taleh qızının 18 yaşının tamam olması münasibətilə ailəni təbrik etdik. Bir ata üçün ən böyük arzu övladının böyüdüyünü, uğur qazandığını görməkdir. Taleh Həşim oğlunun ruhu bu gün qürurla sevinir. Çünki onun əmanəti olan övladı artıq yeni bir həyat mərhələsinə qədəm qoyur. Şəhid övladları bizim baş tacımız, Vətənin bizə əmanətidir. Onların hər uğuru dövlətimizin, millətimizin uğurudur. Səbinəyə möhkəm cansağlığı, ali təhsil yolunda və gələcək həyatında böyük nailiyyətlər arzulayırıq. İnanırıq ki, o, atasının qəhrəman adını daim uca tutacaq, Vətənə layiqli bir vətəndaş olacaq.


Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: