“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Vətən müharibəsi şəhidi İsmayıl Kərimlinin anım tədbiri keçirilib

22/10/2026, 02:24
xeber1

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi tələbələri Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Zəfər yaddaşı” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi İsmayıl Kərimlinin anım tədbiri keçirilib.

Tədbir zamanı şəhid İsmayıl Kərimlinin həyat və döyüş yolu yad edilib, vətənimizin ərazi bütövlüyü uğrunda göstərdiyi qəhrəmanlıq, şücaət, fədakarlıq ehtiramla xatırlanıb. Onun vətənə olan sevgisi, torpaqlarımızın müdafiəsi naminə göstərdiyi igidlik və keçdiyi şərəfli döyüş yolu bir daha vurğulanıb.

Qeyd edək ki, bu kimi tədbirlərin keçirilməsi şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların qəhrəmanlıq salnaməsinin gənc nəslə çatdırılması və tələbələr arasında vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.


Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: