“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Vətən müharibəsi şəhidinin övladının kiçik toy məclisi

30/09/2025, 22:07
xeber1

Bu gün Vətən müharibəsi şəhidi Seyfəddin Muradovun oğullarının kiçik toy məclisi keçirilib. Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva və Komitənin əməkdaşları iştirak ediblər. Qeyd olunub ki, ölkə rəhbərinin daim diqqət mərkəzində saxladığı şəhid ailələri bizim baş tacımızdır.

Məclisdə həmçinin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və digər qurum əməkdaşları iştirak ediblər.

Şəhid Seyfəddin Muradov 1993-cü il sentyabrın 9-da Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Seyfəddin Muradov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş genişmiqyaslı təxribatın qarşısının alınması zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrasını şərəflə yerinə yetirmişdir. Onun bu şücaəti yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin 05 noyabr 2022-ci il tarixli Sərəncamı ilə şəhid gizir Seyfəddin Muradov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, eləcə də “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.


Allah bütün şəhidlərimizə rəhmət eləsin!

#ETIHI

#AHİK

Sosial şəbəkələrdə paylaş: