Xəbərlər
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC-in məzunu Məzdək Eyvazlının 30 illik yubileyi qeyd olunub.

26 fevral 2026-cı il tarixində 44 günlük Vətən müharibəsinin şəhidi Məzdək Eyvazlının doğum
günü tədbirində UNEC Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı tex.f.d.,dos.Cəfərov Elman,
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və fəal tələbələr iştirak ediblər.
Şəhidimizin 30 illik yubileyi münasibətilə əvvəlcə məzarı ziyarət edilib, ruhuna dualar oxunub
və əziz xatirəsi dərin ehtiramla yad olunub. Daha sonra kollektiv üzvləri şəhidin ailəsinə baş
çəkərək onlara mənəvi dəstək göstəriblər.
Tədbir zamanı fakültə dekanı dos. Elman Cəfərov çıxış edərək şəhidlərimizin Vətən uğrunda
göstərdikləri şücaətin hər zaman gənc nəsillər üçün örnək olduğunu bildirib. O, Məzdək
Eyvazlının əziz xatirəsinin daim uca tutulacağını vurğulayıb.
Qeyd edək ki, Məzdək Eyvazlı Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Onun xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.






