Xəbərlər
Vətən müharibəsinə həsr olunmuş tamaşa nümayiş etdirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən Teatr Klubunun təşkilatçılığı ilə “Zəfər Yaddaşı” layihəsi çərçivəsində 44 günlük Vətən müharibəsinin şanlı tarixinə həsr olunmuş tamaşa nümayiş etdirilib.
Tələbələr üçün təqdim olunan səhnə əsərində Vətən müharibəsinin tarixi əhəmiyyəti, Azərbaycan əsgərinin qəhrəmanlığı, xalqımızın birlik və həmrəyliyi, zəfərə gedən yolda göstərilən fədakarlıq bədii səhnələrlə canlandırılıb.
Maraqla qarşılanan tamaşanın səhnəyə qoyulmasında əsas məqsəd tələbələrə 44 günlük Vətən müharibəsinin tarixi və mənəvi əhəmiyyətini bir daha xatırlatmaq, gənc nəslin vətənpərvərlik ruhunun gücləndirilməsinə və milli yaddaşın qorunmasına töhfə vermək olub.






