“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Vətən oğullarının xatirəsi yad edildi

21/09/2026, 09:14
xeber1

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalan Vətən oğullarının anım günü ilə əlaqədar şəhidimizin məzarı ziyarət olunub.

Anım mərasimində Ağcabədi rayonu Xanoğlan Həsənov adına Hindarx qəsəbə 2 nömrəli orta ümumtəhsil məktəbinin həmkarlar təşkilatının sədri Baxşəliyeva Şəfa Oruc qızı, məktəb rəhbərliyi, həmkarlar təşkilatının üzvləri, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ziyarət zamanı şəhid Məmmədov Röyal Asif oğlunun əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid Məmmədov Röyal Asif oğlu 20 sentyabr 2023-cü il tarixində Xocavənd rayonu ərazisində şəhidlik zirvəsinə ucalıb.

Şəhidin valideynləri anım mərasimində iştirak edən hər kəsə minnətdarlıqlarını bildiriblər.

Ağcabədi rayonu Xanoğlan Həsənov adına Hindarx qəsəbə 2 nömrəli orta ümumtəhsil məktəbinin kollektivi və Hindarx qəsəbə sakinləri vətənin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini daim uca tutacaq

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: