Xəbərlər
Vətən Sevgisi Balaca Ürəklərdə
20/01/2026, 12:53

ETİHİ Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil məktəbəqədər müəssisələrimizin həmkarlar ittifaqı üzvləri 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbirlər keçiriblər. Bağçalarda uşaqlarla birlikdə şəhidlərimizin xatirəsi yad edilib, azadlığımız və müstəqilliyimiz uğrunda canlarını fəda etmiş qəhrəmanlarımız ehtiramla anılıb.
Belə tədbirlər gələcək nəsillərdə vətənpərvərlik ruhunun formalaşmasına xidmət edir və milli yaddaşımızın qorunmasında önəmli rol oynayır.








