Xəbərlər
Vətən sevgisi ilə böyüyən gələcək

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Ağstafa şəhər 3 nömrəli və Dağ Kəsəmən kənd 2 nömrəli Körpələr evi-uşaq bağçalarının kollektivləri tərəfindən körpə fidanların iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir təşkil edildi.
Tədbir zamanı balacaların ifasında səsləndirilən vətənpərvərlik ruhlu musiqilər, söylənilən şeirlər və nümayiş etdirilən çıxışlar böyük maraq və qürur hissi doğurdu.
Balaca fidanların Vətənə, dövlətə və bayrağımıza olan sevgilərini öz çıxışlarında nümayiş etdirmələri bir daha sübut etdi ki, gələcəyimiz olan gənc nəsil milli-mənəvi dəyərlərə bağlı, vətənpərvərlik ruhunda böyüyür.
Belə tədbirlər uşaqların milli ruhda tərbiyə olunması, onlarda Vətən sevgisinin və qürur hissinin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.








