“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Vətən uğrunda canından keçən qəhrəmanlar ehtiramla yad olundu.

20/10/2025, 18:22
xeber1


"27 Sentyabr – Anım Günü" münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsi, Şəki-Zaqatala Regional Təhsil İdarəsi nin rəhbərliyi və əməkdaşları, rayon rəhbərliyi,millət vəkili,müəllimlər,tələbələr və şagirdlərlə birgə Vətən uğrunda canından keçən igidlərin əziz xatirəsini ehtiramla yad edərək, məzarları önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov və millət vəkili Vüqar İskəndərov şəhidlərimizin xalqımızın azadlığı və müstəqilliyi uğrunda göstərdikləri fədakarlığın hər zaman yüksək qiymətləndiriləcəyini bildiriblər.

Daha sonra şəhid anaları və şəhidlərin ailə üzvləri çıxış edərək övladlarının qəhrəmanlığından, Vətən sevgisindən danışıb, onların xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulayıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: