“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Vətən var olsun

06/04/2026, 14:24
xeber1

44 günlük Vətən müharibəsi zamanı ön cəbhədə əsgərlərimizə yardım aparan, onlarla görüşərək Lələtəpəyə qədər gedib çıxan yeganə xanımlardan biri – Xəlilova Rahilə Baxşı qızı ilə ETİHİ Göyçay RK olaraq görüş keçirildi. Görüş zamanı Rahilə xanım müharibə dövründə yaşadığı çətin, eyni zamanda qürurverici xatirələrini bizimlə bölüşdü, əsgərlərimizin döyüş ruhundan, vətən sevgisindən danışdı.


Qeyd edək ki, Rahilə xanım göstərdiyi vətənpərvər fəaliyyətə görə cənab Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. Bu, Azərbaycan qadınının necə mərd, cəsarətli və vətəninə bağlı olduğunun bir daha bariz nümunəsidir.


Belə vətənpərvər insanlarla görüşmək, onların xatirələrini dinləmək hər birimiz üçün böyük qürur və şərəfdir. Rahilə xanıma fəaliyyətində uğurlar arzulayır, Vətənimiz üçün gördüyü işlərə görə təşəkkür edirik.


Vətən var olsun!

Ətraflı video: https://www.facebook.com/share/r/1AryMrzWLV/?mibextid=wwXIfr

Sosial şəbəkələrdə paylaş: