Xəbərlər
Vətəndaş qəbulu

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi tərəfindən təşkilatlarda çalışan ittifaq üzvləri üçün mütəmadi olaraq vətəndaş qəbulları keçirilir. Qəbulların əsas məqsədi üzvlərə e-AHİK platformasından səmərəli istifadə etmələri, sanatoriya və kurort mərkəzlərinin seçilməsi, istirahət və sağlamlıq müəssisələrinə müraciət qaydaları barədə ətraflı məlumat vermək, həmçinin onların qarşılaşdıqları texniki və praktiki məsələlərin həllinə dəstək göstərməkdir. Qəbul zamanı ittifaq üzvlərinə e-AHİK platformasında qeydiyyat, şəxsi kabinetdən istifadə, mövcud sanatoriya və kurortlar haqqında məlumatların əldə olunması, müraciətlərin göndərilməsi və seçim prosesinin həyata keçirilməsi ilə bağlı ətraflı izahatlar verilir. Eyni zamanda, platformadan istifadə zamanı yaranan suallar operativ şəkildə cavablandırılır və vətəndaşlara fərdi qaydada köməklik göstərilir. Ağstafa rayon komitəsi üzvlərin məmnunluğunu daim diqqət mərkəzində saxlayaraq onların sosial müdafiəsinin gücləndirilməsi, istirahət və sağlamlıq imkanlarından daha rahat yararlanmaları üçün bütün zəruri dəstəyi göstərir. Görülən işlər nəticəsində vətəndaşlar e-AHİK platformasından rahat və sərbəst şəkildə istifadə etmək imkanı qazanır, təqdim olunan xidmətlərdən faydalanmaqda çətinlik yaşamırlar. Rayon komitəsi bundan sonra da ittifaq üzvlərinin müraciətlərinə həssaslıqla yanaşacaq, onların hüquq və mənafelərinin qorunması, eləcə də göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir. Üzvlərin məmnunluğu və rifahının yüksəldilməsi Həmkarlar İttifaqının əsas prioritetlərindən biri olaraq qalır.







