Xəbərlər
Vətəndaş qəbulu keçirilib
30/06/2026, 17:08

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri tərəfindən vətəndaş qəbulu keçirilib. Qəbul zamanı vətəndaşlar, o cümlədən ittifaq üzvləri tərəfindən qaldırılan sosial-iqtisadi və əmək hüquqları ilə bağlı müraciətlər dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb və qanunvericiliyə uyğun izahatlar verilib.
Eyni zamanda, müraciətlərin operativ həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi diqqətə çatdırılıb







