Xəbərlər
Vətənimiz üçün canından keçən şəhid təhsil işçilərimizi hər zaman qürurla və ehtiramla yad edirik

Samux rayonunda unudulmaz şəhid təhsil işçimiz Məmmədli Həsən Qəhrəman oğlunun əziz xatirəsi anılıb. İlk olaraq onun məzarı ziyarət olunub, ruhuna dualar oxunub, məzarı üzrə tər güllər düzülüb.
Bu qürurlu və duyğulu ziyarətdə Samux rayonu üzrə təhsil sektorunun müdiri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Samux Rayon Komitəsinin sədri, Çobanabdallı kənd tam orta məktəbin direktoru və şəhidin yaxınları iştirak ediblər.
Ziyarətdən sonra tədbir iştirakçıları şəhidimizin doğma evinə yollanaraq anasını ziyarət edərək, onunla səmimi söhbət edərək, qayğıları ilə maraqlanılıb. Şəhid anasının qarşısında baş əyərək, dövlətin və xalqın hər zaman şəhid ailələrinin yanında olduğu bir daha vurğulanıb.
Şəhidlər ölməz, Vətən bölünməz! Onların xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.








