“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Vətənin səssiz Qəhrəmanı” adlı anım tədbiri keçirilib.

28/10/2025, 19:55
xeber1

Azərbaycan Ordusunun xüsusi təyinatlılarının giziri, “Şuşa fatehi”, “Canavar” ləqəbli İbrahim Məmmədovun xatirəsinə həsr olunmuş “Vətənin səssiz Qəhrəmanı” adlı anım tədbiri keçirilib.


Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva və Şəki Rayonu üzrə Təhsil Sektorunun müdiri Zamiq Cəbiyev iştirak ediblər.


Şəki Dövlət Dram Teatrının və 2 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsini yad etmək, gənc nəslə vətənpərvərlik hisslərini aşılamaq olub.


Anım mərasimində çıxış edən natiqlər İbrahim Məmmədovun döyüş yolundan, qəhrəmanlığından və Şuşanın azadlığı uğrunda göstərdiyi şücaətdən danışıblar. Tədbir iştirakçıları qəhrəman gizirin ailəsinə dərin ehtiramlarını ifadə ediblər.


Tədbir zamanı 2 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, musiqi nömrələri təqdim olunub və şəhidin həyatına həsr olunan videoçarx nümayiş etdirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: