Xəbərlər
Veteran və qazilərə Novruz bayramı münasibətilə hədiyyələr təqdim olundu

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon komitəsinin təşkilatlarında çalışan bir qrup veteran və qazilər Novruz bayramı münasibətilə diqqət və qayğı ilə əhatə olunmuş, onlara bayram hədiyyələri təqdim edilmişdir. Tədbir zamanı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri cənab Araz Pashayev in səmimi təbrikləri iştirakçılara çatdırılmışdır. Çıxışlarda vurğulanmışdır ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən yüksək diqqət və qayğı hər zaman hiss olunur və bu istiqamətdə həyata keçirilən dövlət siyasəti cəmiyyətimizdə böyük minnətdarlıqla qarşılanır. Bildirilmişdir ki, Vətən uğrunda canından keçmiş və sağlamlığını itirmiş igidlərimizə dəstək olmaq hər birimizin mənəvi borcudur. Təşkilatlarda çalışan qazilər də öz növbəsində göstərilən diqqətə görə dövlət başçısı cənab İlham Əliyevin onlara olan qayğısını yüksək qiymətləndirmişlər. Onlar qeyd etmişlər ki, hər zaman dövlətimizin və dövlətçiliyimizin qorunması naminə fədakarlıq göstərməyə hazırdırlar. Tədbir səmimi və yüksək əhval-ruhiyyə şəraitində baş tutmuş, Novruz bayramının birlik, həmrəylik və milli dəyərlərimizi yaşadan ruhu bir daha özünü göstərmişdir.

























