“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Vəzifə səlahiyyətlərini səmərəli icra edən gənc təhsil işçiləri

27/08/2026, 12:20
xeber1

Peşəkarlıq, məsuliyyət və obyektivlik – uğurlu fəaliyyətin əsas göstəriciləridir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsində Ağcabədi rayonu üzrə Təhsil Sektorunun məsləhətçisi Rüstəmli Əliş Akif oğlunun peşəkar fəaliyyəti ilə bağlı görüş keçirilib.

Görüşün əsas məqsədi təhsil sahəsində baş verən yenilikləri, müasir və innovativ təlim yanaşmalarını yüksək səviyyədə mənimsəyən, vəzifə səlahiyyətlərini məsuliyyətlə icra edən gənc mütəxəssislərin fəaliyyətini diqqətə çatdırmaq, onların işə yanaşmasını və həmkarlar ittifaqı ilə əməkdaşlığını öyrənmək olub.

Görüş zamanı Əliş Rüstəmli öz fəaliyyət prinsiplərindən danışaraq bildirib:

“İşimə hər zaman məsuliyyətlə və obyektiv yanaşmağa, üzərimə düşən vəzifələri vicdanla və düzgün şəkildə yerinə yetirməyə çalışıram. Mənim üçün peşəkarlıq yalnız verilən tapşırıqları icra etmək deyil, eyni zamanda işə diqqətli, ədalətli və məsuliyyətli münasibət göstərməkdir.”

Əliş müəllimin fəaliyyətində nümayiş etdirdiyi yüksək məsuliyyət, obyektivlik və peşəkar yanaşma Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli tərəfindən yüksək qiymətləndirilib və o, vəzifə səlahiyyətlərini səmərəli icra etdiyinə görə Fəxri fərmanla təltif olunub.

Bu qiymətləndirmə Əliş müəllim üçün həm qürurverici, həm də gələcək fəaliyyətində daha böyük uğurlara stimul verən mühüm motivasiya olub.

Əliş Rüstəmli həmkarlar ittifaqının fəal üzvü kimi ETİHİ Ağcabədi Rayon Komitəsinin təşkil etdiyi mədəni-kütləvi tədbirlərdə, yarışlarda və təlimlərdə yaxından iştirak edir, kollektivdə komanda ruhunun, əməkdaşlığın və sağlam ünsiyyətin möhkəmləndirilməsinə öz töhfəsini verir.

İnanırıq ki, gənc və perspektivli mütəxəssis olaraq Əliş müəllim bundan sonra da fəaliyyətində yüksək məsuliyyət, obyektivlik və peşəkarlıq nümayiş etdirərək yeni uğurlara imza atacaq.

ETİHİ Ağcabədi Rayon Komitəsi olaraq Əliş Rüstəmlini yeni tədris ilinin başlanması münasibətilə təbrik edir, məsuliyyətli və səmərəli fəaliyyətində möhkəm cansağlığı, yeni nailiyyətlər və uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: