“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

VI İslam Həmrəyliyi Oyunlarında bürünc medala layiq görülmüş Goranboy rayon idmançısı ilə görüş keçirilmişdir.

16/12/2025, 19:59
xeber1

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov VI İslam Həmrəyliyi Oyunlarında bürünc medala layiq görülmüş Goranboy rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin təlimatçısı İsa Rüstəmovla görüşüb.


Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov idmançının uğurunu yüksək qiymətləndirmiş, İsa Rüstəmovu və onun məşqçisi Sərəddin Kazımovu təbrik edərək, bu nailiyyətin həm Goranboy rayonunun, həm də ölkəmizin idman nüfuzuna töhfə verdiyini vurğulayıb.


Görüşdə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi sədri Kamil Baxşəliyev, Goranboy rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Elçin Yusibov iştirak ediblər.

Qeyd edək ki, İsa Rüstəmov Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ağırlıqqaldırma üzrə 71 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində 147 kq nəticə göstərərək bürünc medal, təkanla qaldırma hərəkətində isə 177 kq nəticə göstərərək gümüş medala sahib olub. Ümumilikdə 324 kq toplam nəticə ilə bürünc medala layiq görülmüşdür.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: