“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Voleybol idman növü üzrə rayon turniri keçirilib.

29/10/2026, 09:21
xeber1


28 oktyabr 2026-cı il tarixdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin, Mil-Muğan Regional Təhsil İdarəsi, Beyləqan Rayon Təhsil Sektorunun və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Beyləqan şəhər ümumtəhsil məktəblərinin IX-XI sinif qız şagirdləri arasında valeybol üzrə rayon turniri keçirilib.

Turnirin məqsədi məktəblilər arasında voleybolun inkişafına dəstək vermək, sağlam həyat tərzini təbliğ etmək və komanda ruhunu gücləndirmək olub.

Turnirin nəticələrinə əsasən:

I yer – Beyləqan şəhəri Elbrus Bayramov adına Təbiət və Humanitar fənlər təmayüllü liseyin komandası,

II yer-Beyləqan şəhər M.Mehdizadə adına şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası,

III yerin qalibi isə– Beyləqan şəhəri N.Allahverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası olmuşdur.

Qalib komandalar fəxri fərman və diplomlarla təltif olunmuşdur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: