Xəbərlər
Voleybol yarışı
02-04 aprel 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin təşkilatçılığı ilə 90 nömrəli tam orta məktəbin idman zalında ümumtəhsil məktəblərinin kişi müəllimləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Voleybol yarışı keçirildi. Yarışda 17 komanda iştirak etdi. Yarışdan öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi,Dövlət Himni səsləndirild. Daha sonra yarışa start verildi. Gərgin və maraqlı keçən yarışın sonunda qaliblər aşağıdakı kimi müəyyən olundu. I-yer 90 nömrəli tam orta məktəbin komandası. II-yer 128 nömrəli tam orta məktəbin komandası. III-yer 311 nömrəli tam orta məktəbin komandası. Qalibləri təbrik edir və gələcək yarışda uğurlar arzulayırıq.











