Xəbərlər
Voleybol yarışı keçirilmişdir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon komitəsinin təşkilatçılığı və Oğuz rayon təhsil sektoru ilə birgə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ilk təşkilatlararası voleybol yarışı keçirilmişdir.
1 may 2026-cı il tarixdə yarışın açılış mərasimi olmuşdur. Tədbirdə ETİHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehman Ramazanov, Uşaq Gənclər İdman-Şahmat məktəbinin direktoru Aqil Əzizov və yarış iştirakçıları iştirak etmişlər. Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
ETİHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov çıxış edərək ölkəmizdə idman sahəsinin həmişə diqqət mərkəzində saxlandığını və bunun nəticəsi olaraq idmanın bütün sahələrinin yüksək sürətlə inkişaf etdiyini iştirakçıların nəzərinə çatdırmışdır. Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov çıxış edərək iştirakçılara uğurlar arzulamışdır.
Yarışda 9 komanda iştirak etmiş və turnir 2 may 2026-cı il tarixdə yekunlaşmışdır. Nəticələrə əsasən, 1-ci yerə "Qartal" komandası, 2-ci yerə "Dəmir Yumruq", 3-cü yerə isə "Tərkeş" komandası çıxmışdır. Qalib komandalara diplom və mükafat təqdim olunmuşdur.












