“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Voleybol yarışlarının püşkatma mərasimi keçirilib

24/04/2025, 20:23
xeber1

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilaçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Bakı şəhərinin ümumtəhsil məktəblərinin təhsil ișçiləri arasında voleybol, dama, mini-futbol, stolüstü tennis və basketbol üzrə yarışlar keçiriləcək. Yarışlar ilk olaraq voleybol idman növü ilə baş tutacaq.


Bununla əlaqədar 23 aprel tarixində UNEC-də ATİAHİ Bakı şəhəri üzrə rayon komitə sədrlərinin iştiraki ilə voleybol üzrə yarışların püşkatma mərasimi keçirilib. Yarışlara 28 aprel tarixində 44 nömrəli tam orta məktəbin idman zalında start veriləcək.


Yarışların birinci mərhələsində Bakı şəhərinin rayonlarının orta məktəblərinin komandaları iştirak edəcəklər. İkinci mərhələdə isə Bakı şəhərinin rayonlarının yığma komandaları iştirak edəcəklər. Qeyd edək ki, yarışlar qadın və kişi komandaları arasında keçiriləcək.


Yarışların məqsədi ümumtəhsil məktəblərin müəllimlərinin və təhsil işçilərinin bədən tərbiyəsi və idmana kütləvi sürətdə cəlb edilməsi, ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, həmkarlar ittifaqı təşkilatlarının kütləvi bədən tərbiyəsi və sağlamlıq sahəsində fəaliyyətlərinin gücləndirilməsidir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: