“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

WFID VII çərçivəsində UNEC-də THİK təşkilatçılığı ilə maarifləndirici seminar keçirildi.

27/10/2026, 18:20
xeber1

23 oktyabr tarixində WFID VII beynəlxalq tədbiri çərçivəsində Azərbaycan Dövlət İqtisad

Universitetində (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilarçılığı ilə "Azərbaycan müasir

beynəlxalq münasibətlərdə: iqtisadi diplomatiya və mədəniyyətlərarası dialoq”mövzusunda seminar

keçirildi.

Seminarda siyasi iqtisad üzrə fəlsəfə doktoru (PhD), diplomatik rütbəsi birinci dərəcəli müşavir olan Dr.

Fikrət Paşayev,UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Günay Ağazadə və fəal

tələbələ iştirak edib.Fikrət Paşayev çıxış edərək müasir beynəlxalq münasibətlərdə Azərbaycanın

mövqeyi, iqtisadi diplomatiyanın əhəmiyyəti və mədəniyyətlərarası dialoqun rolu haqqında fikirlərini

iştirakçılarla bölüşdü.Tədbir çərçivəsində UNEC Maliyyə və Mühasibat fakültəsinin THİK sədr müavini

Aytac Kərimova çıxış edərək layihənin əhəmiyyətindən və gənclərin beynəlxalq münasibətlər,

diplomatiya və qlobal əməkdaşlıq sahələrində inkişafının vacibliyindən bəhs etdi.Tələbələrin bilik və

dünyagörüşünün genişləndirilməsinə, onların aktual beynəlxalq mövzular ətrafında fikir mübadiləsi

aparmasına imkan yaradan seminar interaktiv müzakirələrlə yadda qaldı.Dəyərli biliklərini və təcrübəsini

bizimlə bölüşən Dr. Fikrət Paşayevə, eləcə də tədbirdə iştirak edən hər kəsə təşəkkür edirik!

Birlikdə öyrənir, müzakirə edir və gələcəyin liderləri kimi inkişaf edirik!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: