“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

WUF13: “Urban Expo” sərgisində Azərbaycan Texniki Universitetinin pavilyonu qurulub

20/05/2026, 16:58
xeber1

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 18-də “Urban Expo” sərgisinin açılış mərasimi keçirilib. Sərgidə Azərbaycan Texniki Universiteti (AzTU) öz stendi ilə təmsil olunur.

“Urban Expo”da AzTU-nun doktorantı və baş müəllimi Pərvin Hacıyeva "The role of urban planning and urbanization in the state's housing policy" (Dövlətin mənzil siyasətində şəhərsalma və urbanizasiyanın rolu) adlı elmi-tədqiqat işini təqdim edib.

AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun elmi işçiləri Röyal Allahverdiyev və Məmməd Məmmədov isə müasir şəhərlər üçün həyati əhəmiyyət kəsb edən "Şəhərdaxili hərəkət (mobillik) planı" layihəsi barədə ətraflı məlumat verərək, universitetin bu sahədəki innovativ yanaşmalarını diqqətə çatdırıblar.

Qeyd edək ki, 3,5 hektar ərazini əhatə edən “Urban Expo” sərgisi 66 ölkədən 217-dən çox təşkilatı bir araya gətirir. Sərgi hökumətlər, vətəndaş cəmiyyəti, akademik dairələr, beynəlxalq qurumlar və özəl sektor nümayəndələrinin WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında fikir mübadiləsi aparması, təşəbbüslərin irəli sürməsi və tərəfdaşlıq əlaqələri qurması üçün dinamik platforma funksiyasını yerinə yetirir.

Sosial şəbəkələrdə paylaş: