Xəbərlər
Xalq şairi Səməd Vurğunun 120 illik yubiley tədbiri

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə Qazax şəhərində Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
ETİHİ Yasamal Rayon Komitəsinin fəaliyyət sahəsinə daxil olan İncəsənət Gimnaziyasının bir qrup şagird və müəllim kollektivi 29 may 2026-cı il tarixində Qazax şəhərində yerləşən Səməd Vurğunun Poeziya Evində Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Çox keçmişəm bu dağlardan, durna gözlü bulaqlardan” adlı musiqili-ədəbi kompozisiya ilə çıxış edib.
Tədbir çərçivəsində Teatr, Musiqi və Xoreoqrafiya şöbəsinin şagird və müəllimləri tərəfindən şairin əsərlərindən parçalar səsləndirilib, sözlərinə bəstələnmiş mahnılar ifa olunub. Həmçinin Səməd Vurğunun “Vaqif” dramından və Vaqif Səmədoğlunun eyniadlı pyesi əsasında çəkilmiş “Bəxt üzüyü” filmindən maraqlı səhnəciklər təqdim edilib.
Gənc istedadlarımızın ölkəmizin müxtəlif bölgələrində milli-mənəvi dəyərlərimizi, ədəbiyyatımızı və incəsənətimizi uğurla təbliğ etmələri iştirakçılarda qürur hissi yaradıb.
İttifaq üzvləri onlara göstərilən diqqət və qayğıya, eləcə də səfərin və tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə səmimi minnətdarlıqlarını bildirib, dərin təşəkkürlərini ifadə ediblər.








