“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Xalqa, vətənə həsr olunan ömür” adlı tədbir keçirilmişdir

02/05/2026, 00:07
xeber1

Ağstafa Rayon İcra Hakimiyyəti, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi, Ağstafa Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayon təhsil sektorunun dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Xalqa, vətənə həsr olunan ömür” adlı tədbir keçirilmişdir.

Əvvəlcə Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Ardınca Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.

Tədbirdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Seymur Orucov Ümummilli Lider Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edərək, onun xalqımızın sevimli və dahi lideri olduğunu vurğulamışdır.

Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva çıxış edərək, Ulu Öndərin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışmışdır.

Tədbir bədii kompozisiyalarla davam etdirilmişdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: