Xəbərlər
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsində Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər xalqımızı ağır sınaqlardan çıxaran, ölkəni dərin ictimai-siyasi və iqtisadi böhran vəziyyətindən xilas edən, müasir Azərbaycanın memarı olan Ümummilli Lider Heydər Əliyevin ölkəmizin davamlı inkişaf və tərəqqi yolunun möhkəm təməlini formalaşdırdığı, bu siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.Sonra Ulu Öndərin zəngin və mənalı həyat yolunu, müasir Azərbaycanın inkişafı naminə misilsiz xidmətlərini əks etdirən film nümayiş olunub.
















