Xəbərlər
Xanım həmkarlarımız 8 Mart münasibətilə təbrik olundu
10/03/2026, 22:34

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tabeliyimizdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində çalışan 637 nəfər xanım həmkarımız təbrik olunmuşdur.
Bayram münasibətilə onların əməyinə və cəmiyyətə verdikləri töhfəyə minnətdarlıq ifadə edilmişdir.
Eyni zamanda tabeliyimizdə fəaliyyət göstərən ümumtəhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatlarının 21 nəfər sədri də bayram münasibətilə təbrik olunmuş və onlara maddi dəstək təqdim edilmişdir.
Həmçinin Eldar Əliyev adına 93 nömrəli tam orta məktəbin kollektivi üçün təşkil olunan bayram tədbirinin keçirilməsinə də dəstək göstərilmişdir.


















