Xəbərlər
Xəlilli kənd məktəbinin kollektivi Qubanın “Macəra” istirahət mərkəzində olub
23/06/2026, 17:48

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 20 iyun 2026-cı il tarixində Şabran rayon Xəlilli kənd ümumi orta ümumtəhsil məktəbinin bir qrup ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili üçün Quba rayonunun Macəra istirahət mərkəzinə ekskursiya təşkil olunmuşdur.
Təbiət qoynunda keçən maraqlı və rəngarəng gəzinti müəllimlərin asudə vaxtının xoş təşkilinə, kollektivin birgə istirahətinə gözəl imkan yaradıb. Təhsil işçiləri onlara bəxş olunan bu yaddaqalan gün və yaradılan yüksək şərait üçün ETİHİ Respublika Komitəsinə dərin təşəkkürlərini bildiriblər.








